Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.
Teleqraf.com xəbər verir ki, instaqramda paylaşdığı şeirini əməkdar artist “Bağışlayın sizi düşünməyə məcbur edəcəm, bir az vaxtınızı alacam” şərhi ilə təqdim edib.
Bu papağı başımda niyə gəzdirirəm mən?
Bir əlim balağımda, bir əlim papağımda.
Sən həmişə varsan yanımda, yadımda...
Bir əlim qabağımda, bir əlim dalımda.
Qarşımda açılmaq istəyən cəhənnəm qapısını sıxaraq saxlamaq,
Arxamda namərdin təpiyini buraraq sındırmaq,
Sağ əlim qulağımda,
Sol əlim gözümdə, ağzımda,
Saxta sevgi sağımda,
Nifrətli gülüş solumda,
Üzündə min sifətli sürüş,
Çaylaq daşı, yaltaq başı.
Bu papağı başımda niyə gəzdirirəm?
Bu sözümün bir qızıyam,
Bir oğlunu axtarıram.
Düz sözümün anasıyam
Atasını axtarıram.
Babasını, nənəsini.
Biz də deyək çənəsini.
O nəsini, bu nəsini,
Sini-sini sinəsini.
Bu papağı başımda niyə gəzdirirəm?
Yalan-yalan yüz gülmürəm,
Bir gülürəm, düz gülürəm.
Dalan-dalan mən gəzmirəm,
Bir gəzirəm, dik gəzirəm.
Gətirmirəm bəhanə,
Çalıb oynayıram təranə,
Atam evlənir, ürəyim göynədir.
Anam ərə gedir, kimə ümid edir?
Niyə gəzdirirəm bu papağı başımda?
Atası evlənən, anası ərə gedənləri,
Babası yollanıb, nənəsi qalanların halını…
İllərin bir-birinin ardınca,
Verdim küləklərə…
Saçlarımın ətrinin ağını,
Atdım filanlara misralarımın sətrinin,
Dağını,
Ömrümü qayğılı,
Nənəmin yavaş-yavaş,
Sürürəm sandığını,
Sayğılı.
Harda idin, harda idin?
Sızlayıb deyibən havalananlar.
Sizə nə deyim?
Mənə yalvaranlar..
O sizə nə versin?
Ağladanlar…
Əzdirirəm həyatımda olan boşluqları mən!
Gəzdirirəm dolu qalmış sıx meyvəli ağacları mən.
Tut ağacı çırpdı, çırpdı.
Bu yatağı beşik bilib,
Niyə tərk etmirəm mən?
Bu vətəni ocaq bilib.
Səcdə gəlmirəm bəyəm?
Paylaşaraq, taylaşaraq,
Yadlaşaraq, sallaşaraq.
Gollaşaraq, qoylaşaraq, soylaşaraq.
Bu papağı başımda niyə gəzdirirəm mən?
Rəqsanə