29 Sentyabr 2016 11:00
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevil və Sevinc Səfərovalar instaqramın yeni funksiyasından istifadə edərək, şərhlərə qadağa qoyublar.

Əkiz bacılar axşam.az-a açıqlamalarında bildiriblər ki, izləyicilər bəzi tənqidi sözləri artıq onlara yaza bilməyəcəklər: “Bu funksiyanı bizə Tolik öyrətdi, özü də edib. Şərh bölməsində görünməsini istəmədiyin sözləri yazıb, yaddaşda saxlayırsan. Həmin sözlərin yer aldığı şərhlər artıq səhifəmizdə çıxmır. “İtə oxşayırsan, nə gündəsən, xoşuma gəlmirsən, çirkinsən” kimi sözlərə qadağa qoymuşuq.

Tənqid olar, amma çoxları təhqir edir. Bizim yaradıcılığımızla bağlı fikirlər bildirilməsi maraqlıdır, amma şəxsiyyətimizə nəsə yazılmamalıdır. Şərh bölməsini tamamilə bağlamaq istəmirik. İzləyicilərin mahnılarımız və kliplərimizlə bağlı fikirləri maraqlıdır. Onunla biz hansı işimizin bəyənilib, hansının bəyənilmədiyini başa düşürük!”


Müəllif:

Oxşar xəbərlər