Əslən azərbaycanlı olan türk aktyor Tamer Karadağlı keçmiş həyat yoldaşı Arzu Balkandan boşanmasının səbəblərini ilk dəfə açıqlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor şəhvət qurbanı olduğunu etiraf edib: “Qarşı cinsin sənə maraq göstərməsi kimin xoşuna getməz ki? Uğurlu və göz önündə olan birinin maraq dairəsində olması çox normaldır. Bir gün bir qız telefon nömrəsini dodaq boyasıyla avtomobilimin pəncərisinə yazdı. Qəhvə içmək üçün xətrini çox istədiyim insanları vasitəçi edənlər belə oldu. Hələ elə bir kişi görməmişəm ki, qadınların maraq dairəsində olmaqdan şikayətçi olsun. Mən də onlardan biriyəm. Bir çox həmcinsim kimi şəhvət qurbanıyam”.
Pərvin