Bu gün səhər əməkdar artist Aybəniz Haşımova instaqramda xalq artisti Kübra Əliyevanın vəfat etdiyini yazıb. Bir neçə dəqiqədən sonra xəbərin yalan olduğu bilinib.
Aybəniz Haşımova Teleqraf.com-a açıqlamasında məsələyə belə münasibət bildirdi: “Bu haqda instaqramda Tolik yazmışdı. Sonra gördüm pozub. Dərhal mən də pozdum. Təkrar yazdım ki, yanlış məlumat idi. Üzrxahlığımı bildirdim. Özüm də utandım. Dünən çox narahat oldum. Kübra xanımla danışdım. Kübra xanım deyir xəbəri görən kimi sənə zəng etdim, telefonun məşğul idi. Dedim, qurban olum sənə, bu xəbəri Tolikin səhifəsində gördüm. Şükür ki, sağsan. Az qaldı bağrım çatlaya ki, bu sənətkara nə oldu?
Yaxşı ki, sağdır. Təki belə pis hadisələrin sonu yaxşı bitsin”.
Rəqsanə