Dünyanın ən məşhur qadın voleybolçularından biri, braziliyalı Şeyla Kastro idmançı karyerasına bir illik fasilə verib.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, idmançının bu addımı atmasına səbəb səhhətindəki problemlər olub.
2008 və 2012-ci ildəki Olimpiya Oyunlarında Braziliya yığmasına adını qazandıran Şeyla Qran-Pri yarışlarında 7 qızıl, 2 gümüş medal alıb.