Xalq artisti Aygün Kazımova aparıcılar Ranar Musayev və Kamilə Babayeva ilə barışıb.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “ATV maqazin onlarla” verilişində deyib. A.Kazımova onların aparıcısı olduğu “5-ci element” verilişinə qonaq qismində qatılıb.
İfaçı K.Babayeva və R.Musayevdən inciməsi haqda bunları deyib: “Düzdür, küsmüşdük. Sonra bir süjet hazırlandl, onların verilişdə etiraf etmədiyi, orada yer aldı”.
Xatırladaq ki, aparıcılarla A.Kazımovanın küsülülüyünün səbəbi xalq artisti Brilliant Dadaşova olub. B.Dadaşova “5-ci element”də A.Kazımovanın ünvanına “Konsert zamanı zalı doldura bilmədiyi üçün məcburən jurnalistləri götürüb, mənim doldurduğum zala gəlmişdi” deməsi və bu sözləri K.Babayeva ilə R.Musayevin təsdiqləməsi olmuşdu.