19 Oktyabr 2016 00:29
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədova "VII The First" mükafatlandırılma mərasimində "İlin aktrisası" adına layiq görülüb.

Aktrisa Teleqraf.com-a təəssüratlarını bölüşüb: "27 ildir ki, Azərbaycan səhnəsindəyəm. Bu illər ərzində eyni şöhrəti, eyni alqışları, sevgini hiss edirəm. Mənim üçün ən böyük mükafat tamaşaçı sevgisidir. Keçə il də "İlin aktrisası" mükafatına layiq görüldüm. Səhnədə hər zaman fərqli obrazlar oynayıram. Azərbaycan səhnəsində ən çox klassik obrazlar oynayan aktrisayam. Teatrda üç-dörd gündür ki, Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanan "Cəhənnəm sakinləri" tamaşasının məşqlərinə başlamışıq. Tamaşada mənimlə birlikdə Nurəddin Mehdixanlı və Elşən Rüstəmov oynayır. İnşallah iki-üç aya tamaşanı təqdim edərik".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər