Rəcəb İvedik rolu ilə tanınan aktyor Şahan Gökbakar ən gözəl doğum günü hədiyyəsini həyat yoldaşından alıb.
Teleqraf.com xəbər verir ki, aktyor hədiyyənin fotosunu sosial şəbəkədə paylaşaraq, ona təşəkkür edib: “Mənim xanımım sürpriz işində sərhəd tanımır. Mən yuxudaykən bütün otağı şarlarla doldurmuş və hamısının uclarına bir ildə yaşadığımız hər şeyin fotolarını ilişdirib. Doğum günümdə bu gözəl mənzərəyə oyandım. Çox xoşbəxt oldum. Sizlərin də qarşısında mənə bu gözəlliyi yaşadan ailəmizin dişi quşu, gözəllər gözəli həyat yoldaşım Selin Gökbakara çox təşəkkür edirəm”.
Pərvin