Məşhur pop ifaçısı Gülşən və həyat yoldaşı Ozan Çolakoğlu banka külli miqdarda pul yatırıblar.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gülşən və Ozan Çolakoğlu cütlüyü doğulacaq övladlarının gələcəyi üçün banka 1 milyon dollar keçiriblər.
Bir aydan sonra ana olacaq Gülşən ən çox gəlir əldə edən məşhurlar sırasındadır. İfaçının övladı hesabdakı pulu 18 yaşından sonra istifadə edə biləcək.
Rəqsanə