Müğənni Səidə Sultan sosial şəbəkədə bir neçə il əvvəl nənəsi ilə yaşadığı qalmaqala görə onu qınayanlara belə cavab verib.
Teleqraf.com xəbər verir ki, müğənni bu sözləri yazıb: “Sosial şəbəkədə mənə təhqir yazırlar. Siz xalq deyilsiniz, millətin artıqlarısınız. Mənim xalqım mehribandır, insansevəndir. Məni iki söz qıcıqlandırır. Biri, “nənənin üzünə tüpürdü” yazılması. Bir ana öz oğlunun qəbrinə, onun övladına hörmət etmirsə, milyonlarla insanın qarşısında çıxıb şərləyirsə, xalqın artıq insanlarının dilinə söz eləyirsə, o nənənin üzünə tüpürmək yox, onu Azərbaycandan deportasiya eləmək lazımdır. Heç kim evində elə ağbirçək arzulamaz. Kim məni qınayır, Allah onun evinə elə insan nəsib eləsin. O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Çünki onlar soruşmamış, xəbər verməmiş, namərdlik etdilər.
Mən efirdə oynayacam, atdanıb-düşəcəm, əcəb edəcəm. "Tərbiyəsiz" deyənlərə isə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar”.
S.Sultanın 75 yaşlı nənəsi Əminə xanım ATV-də yayımlanan “Ümid var” verilişinə çıxmışdı. Nənənin sözlərinə görə, S.Sultanın anası cadu ilə məşğul olub: “Mən ona cadugər dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxararam".
S.Sultan efirdə nənəsinin üzünə tüpürüb, yalan danışdığını bildirmişdi.