11 Noyabr 2016 13:38
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan himnimizin sözlərini yanlış oxuması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Əməkdar artist Teleqraf.com-a açıqlamasında himnimizin sözlərinin bilərəkdən yanlış oxuduğunu deyib: “Elza illərdir Bayraq Günündə və Azərbaycanımızın özəl günlərində himnimizi oxuyan, bayrağımızı yüksəklərə qaldıran vətənpərvər qızdır. Dəfələrlə Azərbaycan himnini tam, düzgün şəkildə oxumuşam, amma heç kim xoş təəssürat bildirməyib. Ancaq Elzanın bir zümzüməsi, Azərbaycan himninin bir kəlməsinin də oxuya bilməyənləri yaman silkələdi. Mən bilərəkdən sözləri elə oxudum, zümzümə etdim. Hətta xətrimə dəydi, jurnalistlər yazdılar ki, “Elza bu dəfə də küçəyə belə çıxdı” başlıqlı xəbər yazdılar.

Yazmaqdan ki, Elza Seyidcahanla fəxr edirik, himnimizin bukletlərini yazılı sürətdə insanlara payladı, himnimizi zümzümə etməsi camaatımızı yaxşı mənada silkələdi...

Himnimizi həm oxudum, həm də oxutdum. Həmişə - mətbəxdə yemək bişirərkən belə himnimizi oxumalıyıq. Yalnız parlamentdə deyil”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər