Xalq artisti Faiq Ağayev səhnə fəaliyyətininin 28 illiyini qeyd edir.
Publika.az xəbər verir ki, illərin müğənnisi sevincini belə ifadə edib: “Artıq 17 noyabrdır. Və bu, o deməkdir ki, səhnə fəaliyyətimin tam 28 ili tamam oldu. Bu illər ərzində ən böyük qazancım təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür Yaradana! Məni bu mərtəbəyə layiq görən Vətənim, Xalqım! Verdiyiniz dəyər ən böyük varlığımdır! Nə yaxşı ki, varımsınız! Məni sevməkdə davam edin!”