“Zuhal Topalla evlənmə” proqramının gəlin namizədi Yağmur Avcı Mustafa Kamal Atatürkü tənqid edib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yağmur Avcı sosial şəbəkədə video paylaşaraq Mustafa Kamal Atatürk haqqında bu sözləri deyib: “Atanızın işğal etdiyi 780 min kvadrat metrlik Anıtkabirin boşaldılıb, normal bir məzara dönməyi lazımdır. Buna varsınız?”.
Bu görüntülərə təpki göstərən insanlar Zuhal Topala və kanal rəhbərliyinə müraciət edərək Yağmur Avcının proqramdan uzaqlaşmasını tələb ediblər. Bu etirazlardan sonra Yağmur Avcı özünü müdafiə edib: "Mən vətənimə, millətimə, bayrağıma bağlı insanam. Bəli, mən AKP-ni çox sevirəm. Bu Atatürk düşməni olduğum mənasına gəlməz. Atatürk olmasaydı, Türkiyə olmazdı".
Rəqsanə