Rəqqasə Fatimə Fətəliyeva plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb.
Teleqraf.com xəbər verir ki, sənətçi “Hər şey daxil” verilişində bildirib ki, həkimi ona bir müddət rəqs etməyə qadağa qoyub: “İstanbul NS” klinikasında əməliyyat olundum. Həkimim deyib ki, bir müddət rəqs etmə. Rəqs etmədən dayana bilmərəm. 15 gündən sonra yenidən işimin başına qayıdacam. Elə həkim seçmək lazımdır ki, bir dəfə əməliyyat etdirib, istədiyinə çatasan. Ana olandan sonra istər-istəməz artıq çəki olur. Mən də onu aradan qaldırdım".