11 Yanvar 2017 12:10
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı müğənni Frederik Frometin Türkiyədə “Reina” gecə klubunda baş verən terror hadisəsinə həsr etdiyi mahnı nifrətlə qarşılanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Frederik Fromet “İnter” radiosunda səsləndirdiyi “İstanbulda Reina” mahnısının sözlərində ironiyadan istifadə edib. O, mahnıda “ Türkiyədə daha əyləncəli bir diskoteka” sözlərini qeyd edib. Bu isə Fransada yaşayan türkləri qıcıqlandırıb.

Onlar terrorda həyatını itirənlərə qarşı hörmətsizlik olduğunu və “İnter” radiosunun üzr istəməsinin tələb ediblər.

Yen ilin ilk günündə baş verən terrorda 39 nəfər həyatını itirib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər