"5 yaşımda atamı itirmişəm. Atam Namiq Bədəlov da musiqiçi olub. Anam bizi böyüdüb, həm analıq, həm də atalıq edib. Amma müəyyən məqamlar olub ki, atasızlığı hiss etmişəm. Bir bacı, bir qardaşıq. Bacım da ailəlidir".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Emil Bədəlov "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinə qoanq olarkən deyib.
İfaçı uşaqlıq xatirələrini bölüşüb: "İlk qazancım avaraçılıqla olub... Avtomobil şüşəsi oğurluyub satmışam. Gecə oğurlayırdıq. Bir dostum var idi, rəhmətə gedib, onunla edirdik. Bir şüşəni 11-12 şirvana satırdıq. Elə gün olurdu ki, 10-12 dənəsin oğurluyurduq. Buradan həmin adamlardan halallıq istəyirəm. Sonradan başa düşdüm ki, bu düz yol deyil".
E.Bədəlov aktyorluğundan danışıb: "Mən evə qayıdıram" filmində baş rolda oynamışam. Şəhid qəhrəmanımız haqqındadır. İlk dəfə Şuşanı xilas edən şəxs idi. Onu o filmdə mən canlandırmışam. Bu, mənim üçün böyük uğurdur".
Emil dünyasını dəyişən atasından da danışıb: "Atamın oxuduğu mahnıları oxumuşam. Bənzərlik də çoxdur. Brilliant xanım məni ilk dəfə görəndə dedi ki, atan "krasavçik" idi sən kimə oxşamısan? Gözümü açandan evimizdə sənətkarlar olub. Hər gün evimizdə musiqi sədaları eşidilirdi. Atam qəzada dünyasını dəyişib. Toydan qayıdandan sonra səhəri gün Almaniyaya qastrola gedirdilər".