10 Fevral 2017 14:57
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş futbolçu Devid Bekhem elekron məktub ünvanının hakerlər tərəfindən ələ keçirilməsindən sonra açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, gizli yazışmalarını yayan şəxslər barəsində belə deyib:

"Mətbuatda yayımlanan elektron məktubların içərisi tamamilə dəyişdirilib və orada yalan məlumatlar yer alıb. Diqqət əsas mövzudan kənara yönləndirilib".

Bekhem hakerlərin tutulması üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə futbolçunun elektron ünvanı ələ keçirilmiş və onun "Ser" ünvanını əldə etməsi üçün apardığı gizli yazışmaları üzə çıxarılmışdı.


Müəllif:

Oxşar xəbərlər