13 Fevral 2017 13:09
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının kollektivi sosial şəbəkələrdə ötən gün dünyasını dəyişən əməkdar artist Kübra Dadaşova ilə bağlı ürək sözlərini yazıb, fotolar paylaşırlar.

Teleqraf.com onların bəzilərini təqdim edir:

Əməkdar artist Nəsibə Eldarova: “Vallah, ay Kübra, nə deyəsən buna? Allah sənə rəhmət eləsin. Bu dünyada çəkdiklərinin əvəzini versin”.

Əməkdar artist Nicat Kazımov: “Gənc Tamaşaçılar Teatrında mənə ilk dayaq olan, sözün əsl mənasında böyük aktrisa, gözəl dost, sirdaş Kübra xanım Dadaşova əbədiyyata qovuşdu”.

Əməkdar artist Şəbnəm Hüseynova: “Kübra xanım, Allah sizə rəhmət eləsin. Son tamaşalarınızdan birində çəkdirdik bu şəkli. Sonra səhnəni tərk etdiniz. Daha sonra bu dünyanı. Kədərliyik, çox kədərliyik. Nur içində yatın”.

Aktrisa Nigar Bahadırqızı: “O, bir sənətkar idi. İstedadlı idi. Allah sənə rəhmət eləsin. Bu, çox dəhşətli xəbər oldu”.

Aktrisa Günel Məmmədova: “Heç bilmirəm nə deyim. Dünən əməliyyata gedib, bu gün isə… Allah rəhmət eləsin. Məkanın cənnət olsun”.

Aktyor Elnur Kərimov: “Gənc Tamaşaçılar Teatrının əsasını qoyanlardan biri Məmmədağa Dadaşovun qız yadigarı, uzun illər atasının yaratdığı teatrda aktrisa olaraq fəaliyyət göstərən ilk növbədə istedadı sonra isə insani keyfiyyətləri yaşından asılı olmayaraq hamının sevimlisi əməkdar artist Kübra xanım Dadaşova haqq dünyasına qovuşdu.

Teatr, səhnə, tamaşaçı sənin ən çox sevdiyin varın-dövlətin idi. Atanın nəfəsini teatra gələndə hiss edirdin. Hamıda xoş xatirələr qaldı.

Yerin cənnət olsun Kübüş, Kübra xanım, Maxanya dediyimiz əzizimiz”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər