Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti pisləşib. O, xəstəxanaya yerləşməli olub.
Aktrisa Teleqraf.com-a açıqlamasında yüksək təzyiqdən əziyyət çəkdiyini deyib: “Hazırda xəstəxanadayam. Yüksək təzyiqdən əziyyət çəkirəm. Təzyiqim 250-yə qalxır, düşmür. Yaxın günlərdə kriz keçirdim. Dərman içsəm də, təzyiqim düşmədi. Tez-tez təcili yardım çağırmağa utanırdım. Həkimlər dedilər xəstəxanaya gəlib, müalicə almalısan. Bu gün müalicəyə başlamalıdırlar. Həkimlər deyir təzyiq əsəblə bağlı qalxır. Analiz vermişəm, nəticəsi bu gün bilinməlidir. Əsəb üçün müalicə yazılıb. Görək necə olacaq. Həyatımda baş verən gərginliklər sinirlərimi pozub. Hər şeyi danışmaq olmur...”
Naibə Allahverdiyeva bir müddət əvvəl ikinci dəfə ailə qurmuşdu.
Rəqsanə