“İşte benim stilim" verilişinin aparıcısı Öykü Serter maraqlı açıqlamasıyla diqqət çəkib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Öykü Serter illik qazancının yüksək olmadığını deyib: “Çox pul qazanmıram. Ən yüksək məbləğ bank rəhbərinin maaşı qədər olub. Pul arxasınca qaçan insan deyiləm. İşsizlik vaxtlarım da oldu, amma pulsuzluqdan şikayətlənmədim”.
Aparıcı İBS (İrritabl Bağırsaq Sindromu) xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb: “Hər şey yeyə bilmirəm, çünki həzm getmir. Dietoloqun hazırladığ yemək siyahısı əsasında qidalanıram”.
Öykü plastik əməliyyat etdirmədiyini də deyib: “Ağzım böyükdür, amma edəcək bir şey yoxdur. Dodaqlarım da öz dodaqlarımdır. 15 il səhər-axşam üzgüçülüklə məşğul oldum. Üzmək yalnız bədəni deyil, üzü də formada saxlayır. Ondan başqa heç nə etmirəm. Yaş kompleksim yoxdur. Adətən, insanlarda evlənib, uşaq sahibi olma mərhələlərində yaş qorxusu olur”.
Rəqsanə