Aktyor Şahan Gökbakar yenicə dünyada gələn qızı Elayla fotosunu sosial şəbəkədə paylaşıb.
Teleqraf.com xəbər verir ki, Türkiyədə Rəcəb İvedik personajı ilə sevilən aktyorun martın 16-da qızı dünyaya göz açıb. Həmin gün aktyor qızının ayaqlarının fotosunu “Canım, qızım xoş gəldin” statusu ilə instaqramda paylaşıb. Bu dəfə o birlikdə çəkdirdikləri fotonu sosial şəbəkə izləyiciləri ilə bölüşərək, bunları yazıb:
“Balaca şahzadə ilə günorta yuxusunda”
Qeyd edək ki, aktyor bu il təqdim etdiyi “Rəcəb İvedik 5” filmində boks səhnəsi Azərbaycanda ciddi qalmaqalın yaranmasına səbəb oldu.
Pərvin