“Real Madrid” klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo 2009-cu ildə ABŞ-da zorlama hərəkəti edib.
Teleqraf.com xəbər verir ki, bu haqda Almaniyanın “Spiegel” jurnalı məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə 2009-cu ilin iyunun 13-də Las-Veqasda olub. Belə ki, Ronaldo qohumları ilə birlikdə dincəldiyi vaxtlarda 20 yaşlı amerikalı qızı zorlayıb.
Ronaldo 2010-cu ildə zorladığı qıza 375 min dollar ödəyib ki, futbolçuya qarşı ittiham irəli sürülməsin.