17 Aprel 2017 14:54
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coliylə yenidən problem yaşayıb.

Teleqaf.com xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlarını dayəyə əmanət edib İsveçrəyə gedən Ancelina Coli Bred Pittin qəzəbinə tuş gəlib. Belə ki, dayə 8 yaşlı əkizləri Vivienne ilə Knoxı parka aparıb, gəzinti zamanı velosipedə minən Vivienne başını dəmirə çırpıb. Şahidlər alnından zədələnən qızın 10 dəqiqə yerdə yıxılmış vəziyyətdə qaldığını deyib.

Bundan xəbərdar olan Bred Pitt Coliyə əsəbiləşərək “Uşaqlarım daha böyük zərə görə bilərdilər” deyib.

Bred Pittin uşaqlarının himayəsinə verilməsi üçün yenidən məhkəməyə müraciət edəcəyi iddia edilib.

Qeyd edək ki, Ancelina Coli ilə Bred Pittin 6 övladı var.

Rəqsanə


Müəllif: