Report xəbər verir ki, bu barədə müğənni Feysbukdakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.
"Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukrayna), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər", - deyə o bildirib.
Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.