12 May 2017 11:47
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstəyirəm hər zaman yanımda olasan və deyəsən ki, arxanda mən varam... Hamı qələt edir!”

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış aktrisa, teleaparıcı Zümrüd Qasımova 2011-ci ilin bu günü dünyasını dəyişən Azərbaycanın novator teatr rejissoru Vaqif İbrahimoğlu haqda yazıb:

“Ustad, sənsiz 6 il...Vaqif müəllim, sənə çox ehtiyacım var. Böyük insan, şəxsiyyət, ata, dost, canımda can...”

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib.

1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

1989-cu ildən “YUĞ” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.

Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda vəfat edib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər