Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Murad Dadaşov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu dəfə də maşının ətrafına 18 ulduz iştirakçı toplaşacaq:
"Tamaşaçılar verilişi hər axşam canlı olaraq saat 22:00-da izləyə biləcəklər. İntriqa, qruplaşmaların amansız mübarizəsi yenə gündəmdə olacaq. “Maşın şou”nun 14-cü sürəti tezliklə hamını cəlb edəcək.
Bir xalq artistini dəvət etmişdik, dedi bir şərtlə gələrəm, maşını özüm aparım".