Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Damla "Sputnik-Azərbaycan" mətbuat mərkəzində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Rusiyaya girişi müəyyən müddət qadağanolunmuşdu:"Novosbirskiyə toya gedirdim, heç bir əsas tapmadan girişimi qadağan etdilər.
Rusiyada həmvətənlərimizin toy məclislərinə çox dəvətlər alıram. Bunların sayı çoxalınca Rusiyada bir az narahat olmuşdular. 90 gün müddətinə ölkəyə girişim qadağan edildi.
Amma dostlarımın, yaxşı insanların köməyi ilə az məbləğ ödəməklə bu işi həll etdik. Artıq qadağa aradan götürülüb".