10 İyun 2017 12:23
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu bir realiti şoudur. Amma oyunu qaydaları ilə oynamaq, haqqa haqq, nahaqqa nahaq demək lazımdır. Həmkarımla münasibətlərimiz elə isti olmasa da, mən heç bir qadının göz yaşını görmək istəmirəm. Hər kəsi Oksanaya dəstəyə çağırıram. Uğurlar!

Bu sözləri rəsmi İnstaqram hesabında rəqqasə Fatimə Fətəliyeva Maşın-şounun dünənki buraxılışında kişilər tərəfindən təklənən rəqqasə və aktrisa Oksana barədə yazıb.

Uzun zamandan bəri bir-birini danışdırmayan bu 2 rəqqasənin arasında problemə baxmayaraq, Fatimənin bu mövqeyi hamının təəccübünə səbəb olub.

Bir neçə il idi ki, iki rəqqasə arasındakı qalmaqal sakitləşmək bilmirdi.

“O, kimdir axı? Oksana ümumiyyətlə, rəqqasədir ki? O, hələ getsin bizim rəqsləri öyrənsin. Sonra gəlsin, mənimlə sənət söhbəti etsin”, - bu sözləri düz 2 il əvvəl Teleqraf.com-a müsahibə verən Fatimə Fətəliyeva məhz Oksana barəsində söyləmişdi.


Müəllif: Könül Əlibəyli