Bu sözləri Teleqraf.com-a müğənni Damla deyib. O, “Can dostum” adlanan konsertin adı ilə bağlı bunları deyib.
“Konsertin “Can dostum” adlandırılması da mənim ideyamdır. Bu konkret dostuma həsr etdiyim bir mahnı deyil. Sadəcə həmin mahnını yazan bu sözləri öz dostuna həsr etmişdi. Mən də çox bəyəndim və oxudum”.
Damla məhz “Can dostum” mahnısı ilə deyil, tam fərqli bir ifa ilə açılış edəcəyini bildirib:
“Konsertdə köhnə mahnılarımla yanaşı, yeni mahnılarımı da tamaşaçılarıma təqdim edəcəm. Lakin açılışda qonaqları sürprizlər gözləyir”.
Damla Teleqraf.com-a şou-biznesdən konsertə heç kimi dəvət etmədiyini bildirib:
“Tanınmışlardan heç kimi konsertə dəvət etməmişik. Bu mənim solo konsertimdir və düşünürəm ki, insanlar məni dinləməyə gələcəklər. Yalnız Nuray Məhərovu qonaqların arasında görə biləcəksiniz”.