Moskva vilayətinin məhkəmə binasında silah səsləri eşidilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə məhkəmə prosesi zamanı baş verib.
Müttəhimlərdən biri yaxınlıqdakı mühafizəçinin üzərindəki silahı ələ keçirib və zaldakılara atəş açmağa başlayıb.
Hadisə zamanı 2 nəfər yaralanıb. Məlumatlara görə, müttəhim 20 dəfə atəş açıb.
Olaydan dərhal sonra məhkəmə binası boşaldılıb. Faktla bağlı araşdırmalar aparılır.
***
Xəbər verdiyimiz kimi, Moskva məhkəməsində silahlı insident baş verib.
Məlumatlara görə, insident "GTA dəstəsi"nin işi üzrə keçirilən proses zamanı baş verib.
Quldur dəstəsinin üzvləri mühafizəçilərin silahlarını ələ keçiriblər. Baş verən insident zamanı 2 nəfər yaralanıb. Polis 11 nəfərlik dəstənin 4 üzvünü öldürüb.
Olay yerinə xeyli polis və təcili yardım briqadası cəlb edilib.