Əməkdar artist Xumar Qədimovanın “Doğulduğum ev” mahnısı London radiosunda səsləndirilib.
Teleqraf.com xəbər verir ki, bəstəni “Ümid Radio” yayımlayıb.
Bu haqda müğənni özü İnstaqram səhifəsində yazıb:
“Sevənlərim, sizlə bir məqamı paylaşmaq istəyirəm. Dünən mahnımız Londonda fəaliyyət göstərən türk radiosunda, dəyərli Nazar xanım tərəfindən efirə verilib. Buradan "Ümid" radiosuna, Nazar xanıma sevgilərimi göndərirəm”.