1 Noyabr 2017 14:08
2 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ARB Ulduz”un “Virtual həyat” verilişinin qonağı olan model Nərgiz Abdullayeva maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Nərgiz Abdullayeva modelləri qınayanlara söz atıb:

“Xalqımız bizi niyə dəstəkləmir? Elə hər zaman bizi pisləyirlər. Mən bunu başa düşmürəm. Hollivud ulduzları Azərbaycana gələndə özlərini öldürürlər. Axı bizim modellərimizin onlardan nəyi əksikdir? Modellik mənim üçün sonradan yaranan bir şey olmayıb. Uşaqlıqdan istəyim, arzum, xəyalım olub. Xəyalların reallaşıb. Uğurlar əldə etmişəm. Bu sahədə ailəm də mənə dəstək olur”.

Sosial şəbəkələrdə onu topa-tüfəngə tutub qınaq obyektinə çevirənlərə isə modelin cavabı belə olub:

“Mən şəkillərimin şərh yerini bağlamışam. Yazırlar ki, soyunmaqla modellik soyunmaq deyil. Əslində bu, səhv fikirdir. Əgər sən modelsənsə, hər formada çəkilə bilərsən. Bizim insanlar niyə belə danışırlar, anlamıram. Açıq-saçıq şəkillər paylaşan kimi yazırlar ki, soyunmaqla reytinq qazanmaq istəyir. Əgər təklif mənə gəlibsə, niyə də etməyim”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər