Türkiyəli müğənni Mahmud Tuncərin ifaçı qızı açıqlama verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni Gizəm Tuncər müsahibəsində maraqlı bir əhvalat danışıb.
O bildirib ki, dənizdə üzən zaman pul tapıb:
“Uşaq vaxtı atamla suyun dibinə üzmüşdük. Bükülü bir qabda xeyli funt-sterlinq tapdıq. Aylarla pulun sahibini axtardıq, amma tapa bilmədik. Atam bildirdi ki, haram pul lazım deyil. Onu xeyriyyə cəmiyyətinin birinə bağışladıq".