Britaniyalı məşhur müğənni Rita Ora təzə qızıl dişlərini izləyicilərinə göstərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məşhurlar arasında genişlənən qızıl diş dəbinə Rita Ora da qoşulub.
Bəziləri onu bəyənib, bəziləri isə “çürük diş kimi görünür" deyiblər.
Daha əvvəl Madonna, Rihanna, Lana Del Rey, Miley Kyurus, Ledi Qaqa və Kastin Bibər də qızıl diş taxıblar.
Qədimdən dənizçilər ağzına mütləq bir qızıl diş düzəldirmiş. Səbəb o idi ki, əgər dənizci evindən uzaq bir yerdə vəfat edərdisə, onun ağzındakı dişini satıb dəfn xərclərini qarşılayırdılar.