Bu il rəngli saçların dəbə minəcəyi gözlənilir. Bunun üçün saçları qalıcı boyalarla rəngləməyə ehtiyac yoxdur. Belə ki, saç tabaşirləri ilə onları istədiyiniz rəngə boyaya bilərsiniz. Bu tabaşirlər saçdan yuyulduğu zaman gedir. Yayın ən trend rəngi isə çəhrayıdır. Xüsusən də dünya ulduzları arasında çəhrayı rəngə üstünlük verənlər çoxluq təşkil edir. Ən son isə Rihanna bu dəblə ayaqlaşmağa qərar verir.
Teleqraf.com tabloid.az-a istinadən saçlarını çəhrayı rəngə boyayan çılğın ulduzların fotolarını təqdim edir:
Rihanna: Son zamanlar çəhrayı saçlarla gəzən məşhurlardan biri odur. Saçlarını tez-tez dəyişdirməyi xoşlayan ulduzun yeni imici bizi təəccübləndirmədi. Çünki o saçlarını boyamayıb, parik taxıb.
Keşa: Bu yaxınlarda Billboard mükafatının tədbirinə qatılan Keşa sarı saçlarını çəhrayı rənglə bəzəmişdi.
Niki Minaj: Son zamanlar imici sadələşməyə doğru gedən Niki Minaj çəhrayı saçları ilə gündəmə gəlmişdi.
Keti Perri: Saç rəngini tez-tez dəyişdirən və rəngli saçlara üstünlük verən müğənni də bir zamanlar bu saçlarda gəzirdi.
Pink:O saçını da adına uyğun boyayıb.
Kelli Osbourn: Bənövşəyi rəngli saçlarını əvvəlcə çəhrayı rəngə boyamışdı.
Ellie Goulding: Saçlarında çəhrayının çalarından istifadə edən ulduzlardan biridir.