Türkiyənin tanınmış aktyoru və şoumeni Məhmət Əli Ərbil anasının dəfnindən sonra əylənməyə gedib.
Teleqraf.com xəbər verir ki, şoumen 83 yaşında vəfat edən ögey anasının dəfnindən sonra bir xanımla “Markalar” küçəsindəki “Zuma” restoranında görüşüb.
Birgə yeməkdən sonra cütlük dükanları gəzib. Ərbil yanındakı qadının kim olduğu sualına cavab verməyib və həmin yerdən sürətlə uzaqlaşıb.