22 Fevral 2018 12:49
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Əbru Gündəşin Yutub kanalına son paylaşımı izləmə rekordu vurub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Gündəş Səbahəddin Əlinin Sinop həbsxanasında yazdığı və Kərəm Güneyin bəstəkarı olduğu “Aldırma, könül” mahnısını ifa edib.

İzləyicilər Gündəşin bu mahnını ABŞ-da həbsdə olan keçmiş həyat yoldaşı, Güney azərbaycanlı iş adamı Rza Zərrab üçün oxuduğunu iddia ediblər.
Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu üçün 2016-cı ilin martında Nyu Yorkda həbs edilib.

Həbsdən sonra müğənni ərindən boşanıb.


Müəllif: Samir

Oxşar xəbərlər