Dünən “Bozbash Pictures”də Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucovun qız toyu olub.
Teleqraf.com xəbər verir ki, ATV kanalında çalışan İlahə adlı xanımla ailə quran 33 yaşlı aktyorun toyu restoranların birində keçirilib. Mərasimdə şou-biznes nümayəndələri də iştirak edib.
Cütlüyün oğlan toyu martın 5-də olacaq.