Türkiyənin məşhur “Sən anlat, Qaradəniz”serialının əsas qəhrəmanlarından olan Öykü Gürman evlilik anonsu verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aktrisa reklam meneceri olan sevgilisi Fatih İçməli ilə birlikdə təyyarədə çəkilən fotonu İnstaqram səhifəsində paylaşıb.
Fatih İçməli şəkilin altına "Səbr et, şükr et, sev” rəyini yazıb. Bu isə izləyicilər tərəfindən evlilik bildirişi kimi anlaşılıb.
Təxminən 8 aydır birlikdə olan cütlük hər fürsəti birlikdə keçirir. Fatih İçməli tez-tez sevgilisinin çəkiliş meydançasına gəlir, ona dəstək olur.
Qeyd edək ki, aktrisanın ilk evliliyi Yavuz Bingöllə cəmi bir il sürüb.