Müğənni İzel sevgilisini ən yaxın dostu ilə yataqda tutduğunu bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 48 yaşlı müğənni olayı illər sonra etiraf edib:
“O gün lazım olan reaksiyanı vermədim onlara. “Rahat olun” deyib, çıxdım. Ertəsi gün yuxudan duranda öz üzümü tanımadım. Həkimlər buna “qəzəb partlayışı” dedilər və bildirdilər ki, “Şükür elə ki, bu şok üzündən çıxıb”. O gün reaksiya versəydim, bəlkə də bu olmayacaqdı".