Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov izləyicilərinə təşəkkürünü bildirib.
Teleqraf.com xəbər verir ki, müğənni-bəstəkar İnstaqram izləyicilərinin sayının 1 milyona çatdığını qeyd edib.
O, izləyicilərinin sayının 1 milyon olmasını fantastika adlandırıb: “Hamıya minnətdaram. Bütün şərhlərinizi oxuyuram. Çalışıram ki, imkan daxilində cavab yazım”.
Emin Ağalarovun rəsmi Yutub kanalında abunəçilərin sayı 100 mini keçib.