30 Aprel 2018 01:31
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çuxur” serialında “Baykal” obrazıyla ekranda boy göstərən Burak Sərgən 19 illik ailə həyatına son verib.

Teleqraf.com xəbər verir ki, usta aktyor Burak Sərgən 1999-cu ildə evləndiyi İşil Sərgəndən bir iclasla boşanıb.

Cansın adlı bir uşaqları olan ər-arvad anlaşmaları əsasında yollarını səssiz-səmirsiz ayırıb. Bundan əvvəl də haqlarında ayrılıq iddiası gündəmə gələn cütlük evliliklərini qurtara bilsə də, Burak Sərgən və arvadının son dövrlər aralarında yaşanan gərginliklər böyüyüncə bir-birini daha da yormamaq və uşaqlarının xətrinə dost qala bilmək üçün boşanma qərarı verdikləri məlum olub.

Qeyd edək ki, ötən həftələrdə “Çuxur”dan ayrılan Burak Sərgən bu günlərdə Zühal Olcay ilə “Eşq halları” adlı teatr tamaşasında tamaşaçı qarşısına çıxacaq.


Müəllif: Alpər

Oxşar xəbərlər