25 May 2018 20:49
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli amerikalı aktyor Morqan Friman haqqında irəli sürülən cinsi zorakılıq ittihamlarına görə üzr istəyib.

Teleqraf.com xəbər verir ki, aktyora qarşı 8 qadın və digər bir neçə şəxs təcavüz ittiham irəli sürüb. 80 yaşlı Friman bu açıqlama yayaraq "Qadınları narahat etmək niyyətim olmayıb. Hərəkətlərimə görə özlərini təhqir edilmiş hiss edən hamıdan üzr istəyirəm" deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl aktyor nəvəzinə təcavüz etməkdə ittiham olunub. 2015-ci ildə sevgilisi Lamar Devenport tərəfindən 25 bıçaq zərbəsi ilə öldürülən nəvəsi 33 yaşlı İdena Xaynsin babası tərəfindən təcavüzə məruz qaldığı iddia olunub.


Müəllif: Teleqraf.com