Müğənni Röya Ayxan sosial şəbəkədə onu izləyənlərə müraciət edib.
Sənətçi fotolarına təhqiramiz şərhlər yazanlara xəbərdarlıq ünvanlayıb. Röya, hətta ona nalayiq söyüşlər ünvanlayan bir qızı tapdığını deyib:
“Hamınızdan üzr istəyib bunu paylaşıram. Dünən gecə bir qız məni təhqir etdi, bu gün onu tapdım. Məni tanımayan və layiq olmayan biri idi. Çünki mən kiməsə söz desəm, onun arxasında durardım. Bu gündən səhifəmə girib, təhqir edənlərə üzümü tutub deyirəm: Ağıllı olun. O qızı bağışladım. Çünki mənim də günahımı bağışlayan Allahım var. Onun quluyam”.
/Axşam.az/