Aylardır maqazin dünyasının əsas mövzularından olan kanadalı reper Drake Sofiya Brussauxun oğlunun atası olduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, xeyli müddətdir sualları cavabsız buraxan reper nəhayət həqiqəti deyib: "Mən oğlumu dünyadan təcrid etmədim, dünyanı oğlumdan uzaqlaşdırdım".
Drake Scorpion adlı albomunda yer alan 14 March adlı musiqini oğluna etiraf etdiyini bildirib.
"O qadın mənim sevgilim deyildi, amma uşaq mənimdir", Drake qeyd edib.
Drake ilə Sofiya Brussaux arasında münasibətlər reperin Cennifer Lopezlə birlikdə yaşamasından sonra kəsilib.
28 yaşlı Sofiya 2017-ci ilin may ayında Drakedən üç aylıq hamilə olduğunu, amma reperin uşağı istəmədiyini mətbuata açıqlamışdı. Drakenin meneceri iddianı yalanlamışdı.