14 Sentyabr 2018 01:17
2 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elnarə Abdullayeva müzakirələrə səbəb olan “Oğluma müğənni qız almaram” fikrindən danışıb.

Teleqraf.com-a açıqlama verən xanəndə bildirib ki, bir çoxları onun fikrini səhv anlayıb: “Bir müddət öncə həmkarım, əməkdar artist Təyyar Bayramova sual verdilər ki, “Oğlunuza müğənni qız alarsız? O da dedi ki, “yox”. Yəni o da mənim fikrimə dəstək çıxdı. Mən “müğənni gəlin istəmirəm” demişəm. Bu fikrimin səbəblərini də hər kəs öz qəlbi ilə ölçür. Yəni kim necədirsə, mənim sözlərimi o cür başa düşür. Amma indiyə qədər soruşan yoxdur ki, niyə müğənni gəlin istəmirsən? Bizim sənətimiz ağır sənətdir. Hər kəs ağılla baş çıxara bilməz. Heç övladımın da bu sənətdə olmasını və müğənni qız almasını istəmirəm. Çünki zülmdür”.

Xatırladaq ki, E.Abdullayevanın “Oğluma müğənni qız almaram” açıqlamasına görə onunla həmkarı Xatirə İslam arasında qalmaqal yaşanmışdı.

Qeyd edək ki, Elxan adlı bəylə ailəli olan xanəndənin bir oğlu və bir qızı var.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər