Müğənni Sevinc Ağaşirinova şou-biznesdə küsülü olduğu müğənnilərin adını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan ifaçı bildirib ki, şou aləmində yeganə küsülü olduğu Sevinc-Sevil bacılarıdır:
“Bu aləmdə danışmadığım 2 müğənni var. Sevinc-Sevillə küsülüyəm. Əvvəllər dost idik, amma sonra gördüm ki, salam vermirlər. Günay İbrahimli ilə də dost idim, amma indi münasibətimiz soyuqdur. Əvvəlki münasibətlər təbii ki, qalmayıb. Kim məni sayıb salam verirsə, mən də onlara salam verirəm. Kim necə hörmət edirsə, o hörmətin də qarşılığını verəcəm. Bir sözlə Sevinc-Sevillə danışmıram. Bilmirəm nədəndir, yəqin psixoloji problemlərdəndir. İnsan bir mahnı oxuyur, həmin bəstə sevilirsə, onun xarakteri dəyişir. Buna görə dostlarına, hətta ailələrinə qarşı da dəyişən insanlar var”.