Əməkdar artist Mətanət İsgəndərli şəxsi həyatından danışıb.
Teleqraf.com-un məlumatına görə, 56 yaşlı müğənni bildirib ki, sevmək və sevilmək istəyir: “Eşqsiz insan necə yaşaya bilər? Sevmək gözəl hisdir. İstəmirəm dərinliyə gedim, Allah nə yazıbsa, o olacaq. Oğlum Kərim məni öldürür ki, ana, sevgidən danışma. İnsana birdən darıxmaq gəlir... İstəyirsən sənin nazını çəkən, qayğına qalan biri olsun. Yaşa dolduqca ömür-gün yoldaşına ehtiyacın olur”.
Qeyd edək ki, Mətanət İsgəndərli bir dəfə Oruc Həmidov adlı şəxslə evli olub, boşanıb. Boşanandan bir neçə il sonra həyat yoldaşı vəfat edib.
Müğənninin həmin evlilikdən 2 övladı var.