Azərbaycanlı müğənni Günay İbrahimli yeni “Can atma” adlı klipini təqdim edib.
Teleqraf.com-un məlumatına görə, ifaçı ekran işini Ukraynada reallaşdırıb.
Ukraynada 3 gün çəkilişi aparılan klipin rejissoru Fərhad Əlidir.
Çəkilişlər Kiyev şəhərində (metro, tramvay, köhnə zavod, körpü, tank üzərində) olub. Sənətçinin bu dəfəki obrazı üzərində dizayner Nigar Atakişizadə çalışıb və Günay üçün dörd geyim hazırlanıb.
Bundan əlavə, ekran işində Günay İbrahimli maraqlı rəqsi ilə də diqqət çəkib. Müğənninin klipi bir neçə dəqiqə bundan əvvəl rəsmi “Youtube” səhifəsində yerləşdirilib.
“Can atma” adlı mahnının sözləri Aydan Xəndanın, musiqisi İsmayıl Əsədovundur.