10 Oktyabr 2018 11:49
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri ilə rəqqasə Oksana Rəsulova arasındakı qalmaqal səngimək bilmir.

Teleqraf.com-un məlumatına görə, Nura sosial şəbəkədəki səhifəsində status yazaraq bildirib ki, Oksana ona söz atıb:

"Bu mövzu ilə bağlı məni bir də heç kəs narahat etməsin. Bu insan dediyini danır. Ya sözü deyəndə ad çəkin, ya da boş-boş şübhələrə qapanıb, sübutsuz atmacalar, şər atmayın. Xəbərçi, yalançı, qeybətcil, həyatından narazı, hamını öz uğursuzluğunda günahlandıran, insanlardan istifadə edən kimi xüsusiyyətlərdən zəhləm gedir.

Bunları alçaqlıq kimi qəbul edirəm. Belə mövzularda adımı hallandırmayın. Don Korleone olaram, xəbərim olmaz".

Qeyd edək ki, tanınmışlar arasında qalmaqal Oksananın dediyi "Hamiləlik xəbərimi bir müğənni mətbuat katibi vasitəsilə yayıb" sözlərindən sonra başlayıb.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər